» Təmizlik və ətraf mühit məsələləri

Təmizlik və ətraf mühit məsələləri

Hər il biz 1.4 trilyon alüminium qutu və plastik şüşə istifadə edirik. Bu konteynerlərin bir hissəsi təkrar istehsal olunana qədər digər böyük hissəsi hələ də küçələrimizdə, dənizimizdə qalır. Yeni materillardan konteynerlərin hazırlanması planetimizin resurslarını tükəndirir.
Bəs biz nə edə bilərik?
Təkrar emal bu məsələnin həlli yollarından biridir. Lakin bu gün içki konteynerlərin çox hissəsini biz tullantı qutularına atırıq, onlar artıq təkrar emal üçün yarasız olurlar. Biz daha az xammal və enerjidən istifadə edərək yeni konteynerlər hazırlamalıyıq.
“Ecobox Collection and Recycling” MMC olaraq ölkəmizdə təkrar emalın daha asan həllini qururuq. İstifadədə asan olan prosesin bu hissəsini (fandomatları) "Ən Təmiz Dövr" adlandırdıq.


BU NECƏ İŞLƏYİR?

Sadəcə istifadə etdiyiniz konteynerləri bu fandomatlara daxil etməklə onun dövriyəyə daxil olmasını və yeni həyat əldə etməsini təmin edirsiniz. Bu prosesi hər birimiz təkrarlasaq, yeni materiallara və daha çox enerji sərf etməyə artıq ehtiyac qalmaz, və biz hər birimiz təmiz və daha xoşbəxt bir planet əldə edirik.










скачать софт