“Fandomat”lar necə çalışır?

Taranın toplanışı, onları bonuslara çevirən “Fandomat” adlandırılan avadanlıq vasitəsi ilə aparılır.

Boş plastik şüşə və ya alüminium qutu xüsusi qəbuledici pəncərəyə daxil edilməlidir. endirilməlidir. Avtomatlar taranın barkodunu, çəkisini, formasını, həcmini tanıdıqdan sonra onu qəbul edir. “Fandomat”lar həcmi 0.25 litrdən 2.5 litrə qədər plastik şüşələri və alüminium qutuları qəbul edirlər. Yanlış forması olan taralar avtomat tərəfindən qəbul edilmir. Alacağınız bonuslar taranın növündən asılıdır. Tara “Fandomat” tərəfindən qəbul edildikdən sonra bonus növünü seçə biləcəksiniz:

1. Bağış - təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağış etmək imkanı.

2. Vauçer - müəyyən bir alüminium və ya plastik şüşə müqabilində supermarketlərdə alış-veriş edə biləyəcəyiniz xüsusi bir çek. 1 konteyner 2 qəpik dəyərindədir

3. Mobil telefon üçün danışıq dəqiqələri – tara təslim edildikdən sonra əldə edə biləcəksiniz danışıq dəqiqələri.
Danışıq dəqiqələri yalnız SimSim və Cin abunəçilərinə aiddir. 1 ədəd qutu 1 danışıq dəqiqəsidir (şəbəkə daxili istifadə etmək olur) İki növ " Fandomat" olduğundan, hər iki aparatda danışıq dəqiqələrini yükləmə qaydası fərqlidir. "Nixdorf" aparatında ( həcimcə daha böyük olan aparat) qutuları təhvil verdikdən sonra ele yerindəcə aparatın monitorunda mobil nömrəni qeyd etməklə yukləyə bilərsiniz. Digər "Tomra" aparatında qəbzdə qeyd edilən barkod nömrəsini 9639-a göndərməklə balansınızı artıra bilərsiniz.

Recycling
Təkrar emal

Bizim mini zavod istifadə edilmiş plastik şüşələri polietilen tereftalat və flekslərinə çevirmək və alüminium qutuları emal etmək üçün nəzərdə tutulub. Plastik şüşələrin emalının texnoloji prosesinə materialın xırdalanması, yuyulması, flotasiyası və qurudulması daxildir. Plastik şüşələrin emalı zamanı əldə edilmiş plastik flekslər kifayət qədər təmizlik dərəcəsinə malikdirlər. Plastik şüşələrin uğurlu emalı üçün bir sıra zəruri əməliyyatlar yerinə yetirmək lazımdır.