» Haqqımızda

Haqqımızda

Heç gizli deyil ki, məişət tullantılarının təkrar emalı demək olar ki, bir qızıl mədənidir və bu bazarın həcmini obyektiv olaraq qiymətləndirmək çətindir. Lakin ən azı ümumi mənada mövcud həcmləri anlamaq üçün sadə bir nümunə nəzərdən keçirmək olar. Soyuq içki qutusunu tullantı qutusuna atarkən heç bir anlıqda olsa düşündünüzmü, sizdən savayı dünyada eyni anda bunu neçə insan edir? Demək olar ki, milyonlarla. Bu səbəbdən plastik şüşələrin və alüminium qutuların təkrar emalı təkcə biznes deyil, həmçinin həm də ətraf mühitin qorunmasına və təbii sərvətlərin səmərəli istifadəsinə mühüm töhfələr verir. Hazırda bir çox ölkələrdə plastik şüşələr və alüminium qutular dövlət idarəsi tərəfindən emal edilir. Ölkəmizdə plastik şüşələrin və alüminium qutuların yığımı və təkrar emalı layihəsi “Ecobox Collection and Recycling” MMC-yə aiddir. “Ecobox Collection and Recycling” MMC 29 avqust 2017-ci ildə yaranmışdır. Hazırda şirkətin fəaliyyətinin əsas istiqaməti plastik şüşələrin və alüminium qutuların yığımı və təkrar emalıdır. Xammal materialları dünyanın ən keyfiyyətli avadanlıq istehsalçılarını və texnoloji idarə etmə sistemini özündə birləşdirən müasir avadanlıqlarla emal edilir.
Layihəmizin  faydaları:
• Təmizlik və ətraf mühit məsələləri
• Yeni iş yerlərinin açılması
• Əhali üçün əlavə gəlir
• Ölkəyə valyutanın axını


Ecobox Collection and Recycling MMC-nin  direktoru Quliyev Hacıağa 









  

  

 




скачать софт